b66fcc13-c483-4fbe-8072-434d54163382..jpg

“Nine Senses”də Şri Şri Ravi Şankarın meditasiya praktikası keçirilib – FOTO/VİDEO

Baxış sayı: 697 dəfə baxılıb.

“Nine Senses”də Şri Şri Ravi Şankarın meditasiya praktikası keçirilib –
FOTO/VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yanvarın 8-də “Nine Senses” yaradıcılıq və özünüinkişaf mərkəzində yoqa
müəllimi İlhamə Şirinovanın yoqa və pranayama üzrə master-klası, həmçinin
məşhur hind quru Şri Şri Ravi Şankarın meditasiya praktikası keçirilib.

Bu barədə Cixisyolu.com-a “Nine Senses”dən məlumat verilib.

Bildirilir ki, bu yolla mərkəz yeni layihəni – mənəvi ustadlar və xüsusi dəvət
olunmuş qonaqlarla ünsiyyət silsiləsini – təqdim edib.

Qeyd edək ki, Şri Şri Ravi Şankar – mənəvi ustad, ictimai xadim və “Art of
Living” beynəlxalq təşkilatının yaradıcısıdır. O, qonaqlarla söhbət edib,
həyat, fəlsəfə, insanın mənəvi yolu ilə bağlı sualları cavablandırıb və təbii
ki, “Nine Senses”in qonaqları ilə öz təcrübəsini, sevgisini bölüşüb.

Tədbirdə Şri Şri Ravi Şankar Bakının dünyanın ən xoşbəxt şəhəri olmaq üçün
böyük potensiala malik olduğunu bildirib və ölkənin mənəvi mədəniyyətinin
inkişafına töhfə vermək üçün geri dönəcəyini vəd edib.

Qeyd edək ki, məşhur ustad təkcə meditasiya müəllimi deyil, həm də “Biznesdə
etika naminə” beynəlxalq forumunun təsisçisi və “Padma Vibhuşan” ordeninin
kavaleridir.

O, 2009-cu ildə “Forbes India”nın Hindistanın yeddi ən güclü adamı siyahısında
5-ci yerdə qərarlaşıb.


Source link