10a7ab86-ada1-4c91-9bbd-3710ce56a462..jpg

Nisə Qasımova Ceyran Haşımovanın səsləndirdiyi fikirləri cavabsız qoydu

Baxış sayı: 542 dəfə baxılıb.

Nisə Qasımova Ceyran Haşımovanın səsləndirdiyi fikirləri cavabsız qoydu

Xalq artisti Nisə Qasımova Xalq artisti, tarzən Ceyran Haşımovanın onun
haqqında söylədiyi fikirlərə münasibət bildirməyib.

Məsələ ilə bağlı məlumat almaq üçün Cixisyolu.com-ın əməkdaşı Xalq artisti Nisə
Qasımova ilə əlaqə yaratmağa çalışıb.

Nisə Qasımovanın köməkçisi hazırda heç bir suala cavab vermədiklərini bildirib:

“Nisə xanım hazırda müsaid deyil. Biz hazırda heç bir suala cavab verə
bilmərik. Qeyd etdiyiniz məsələ ilə bağlı suallara da cavab vermirik”.

Xatırladaq ki, ötən günlərdə Xalq artisti Ceyran Haşımova verilişlərin birində
Xalq artisti Nisə Qasımovadan şikayətlənib. Vaxtı ilə ona çox köməklik etdiyini
vurğulayıb. Lakin indi Nisə Qasımovanın zəng vurub, onunla maraqlanmadığını
bildirib. Ona haqqını halal etməyəcəyini dilə gətirib.

Qeyd edək ki, Nisə Qasımova 1982-ci il dekabrın 9-da Azərbaycan SSR Ali
Sovetinin Fəxri fərmanı ilə təltif olunub. 1989-cu il sentyabrın 17-də
“Azərbaycan SSR Əməkdar artisti”, 2008-ci il sentyabrın 17-də “Azərbaycan
Respublikasının Xalq artisti” fəxri adlarına layiq görülüb.

Tarzən Ceyran Haşımova 1985-ci ildə “Əmək veteranı” medalı ilə təltif olunub.
1987-ci ildə “Azərbaycan SSR Əməkdar artisti”, 2006-cı ildə “Azərbaycan
Respublikasının Xalq artisti” fəxri adlarına layiq görülüb. 2003-cü ildə
Prezident Təqaüdçüsü olub. 2004-cü ildə Mədəniyyət və Turizm Nazirliyi
tərəfindən “Fəxri” nişanla təltif olunub.

Nəzrin Vahid

Source link