9356198f-64be-4bae-9a39-9ed4a87f758d..jpg

Niyaməddin Musayevdən mahnısının yeni aranjimanına REAKSİYA – VİDEO

Baxış sayı: 949 dəfə baxılıb.

Niyaməddin Musayevdən mahnısının yeni aranjimanına REAKSİYA – VİDEO

“Səs Azərbaycan: Doğma nəğmələr” müsabiqəsinin final bölümündə qonaq qismində
çıxış edən “Dərviş band” qrupunun sözləri Məmməd Araza aid, Xalq artisti
Niyaməddin Musayevin “Dünya sənin, dünya mənim” mahnısı sosial şəbəkədə “viral”
olub.

Məsələ ilə bağlı sözügedən mahnının əvəzolunmaz ifaçısı N.Musayevlə
Bizim.media-nın əməkdaşı əlaqə saxlayıb.

Sənətkar “Dərviş band” qrupunu tanıdığını və onların bu ifasını çox
bəyəndiyini bildirib:

“Bu qrupla mən yaxından tanışam. O qrupda olan oğlanla mən ”Dünya sənin,
dünya mənim” mahnısını studiyada birgə oxumuşuq. Ən çox diqqət elədiyim məsələ
isə aranjimandır. Onlar çox düzgün şəkildə nəğməni aranjiman ediblər. Mahnının
kökünə dəyməyiblər. Ən əsas da aranjimanda xoşagəlməz, qulağı incidən
dəyişikliklər etməyiblər. Hər şey yerindədir. Çox bəyənirəm. Təəssüflər olsun
ki, müsabiqədə onların çıxışlarını dinləməmişəm. Amma siz mənə məlumat
verdikdən sonra mütləq şəkildə onların sözügedən çıxışlarına baxacağam”.


Source link