f990bb62-27aa-41ee-9c62-31dff20d857e..jpg

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri Şimali Makedoniyanın prezidenti ilə görüşüb – FOTO

Baxış sayı: 523 dəfə baxılıb.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri Şimali Makedoniyanın prezidenti
ilə görüşüb – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmayıl Seragəldin və üzvü
Bosniya və Herseqovinanın sabiq prezidenti Mladen İvaniç, sabiq prezident olan
George İvanov adına Gənc Liderlər Məktəbinin 2023-cü il buraxılışına, eləcə də
Podqoritsa Klubunun toplantısına qatılıblar.

Bu barədə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi məlumat yayıb.

Podqoritsa Klubunun toplantısına o cümlədən mərkəzin üzvləri Mongeneqronun
sabiq prezidenti Filip Vuyanoviç, Albaniyanın sabiq prezidenti Reksep Meydani,
Serbiyanın sabiq baş naziri Mirko Çvetkoviç də qatılıblar.

Səfər çərçivəsində mərkəzin həmsədri İsmayıl Seragəldin Şimali Makedoniyanın
Prezidenti Stevo Pendorovski tərəfindən qəbul edilib. Prezidentə XI Qlobal Bakı
Forumuna dəvət təqdim olunub və mərkəzin fəaliyyəti ilə bağlı ətraflı
məlumatlandırılıb.

Source link