b8da4cbb-7cb4-4d3e-965a-be6a34e4f595..jpg

Nizami rayonunda 33 yaşlı qadını avtomobil vurdu

Baxış sayı: 412 dəfə baxılıb.

Nizami rayonunda 33 yaşlı qadını avtomobil vurdu
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakının Nizami rayonunda 33 yaşlı qadın yol-nəqliyyat hadisəsi zamanı xəsarət
alıb.

“Report” xəbər verir ki, hadisə Qara Qarayev metrostansiyasının yaxınlığında
qeydə alınıb.

Belə ki, 1990-cı il təvəllüdlü Aytən İbadət qızı Kərimova yolu keçərkən
avtomobil onu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb. Müayinə
zamanı ona sol bazu sümüyünün sınığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Source link