“Laçın” ticarət mərkəzinin yaxınlığında 70 saylı xətt üzrə hərəkət edən sərnişin avtobusunun sürücüsü, 1954-cü il təvəllüdlü Əhmədov Hidayət İbrahim oğlu döyülüb.
ÇıxışYolu.Com-a veriln ilkin məlumata görə, hadisə minik avtomobili ilə sözügedən avtobus sürücüsünün bir-birinə hərəkət üstünlüyü tanımaması səbəbindən baş verib. Sürücülər arasında yaranan mübahisə əlbəyaxa davaya çevrilib və 70 saylı avtobusun sürücüsü xəsarət alıb.
Yaralı xəstəxanaya çatdırılıb. Ona başın və kürək nahiyəsinin əzilməsi diaqnozu qoyulub.
Faktla bağlı Nizami Rayon 24-cü Polis Bölməsində araşdırma aparılır.
Kamil Əmirli