Nobel Akademiyasında məlumat sızması və təcavüz qalmaqalı

Nobel Akademiyasında məlumat sızması və təcavüz qalmaqalı

Baxış sayı: 2. 688 dəfə baxılıb.

İsveç qəzeti “Dagens Nyheter” Nobel Ədəbiyyat Mükafatını verən İsveç Akademiyası haqda qalmaqala səbəb olacaq xəbər yayımlayıb.

ÇıxışYolu.Com xəbər verir ki, məlumata görə, akademiya nümayəndələrindən birinin – isveçli şair Katarina Frostensonun əri Jan Klod Arnault illərdir mükafata layiq görülən adları gizli şəkildə başqalarına ötürüb.

Bununla o, 100 illik Nobel qaydalarını kobud şəkildə pozub.

Xəbərə görə, ilk pozuntu faktı 1996-cı ildə qeydə alınıb və indiyədək yeddi dəfə təkrarlanıb.

Eyni şəxsin içində akademiya nümayəndələrinin də olduğu 18 qadına təcavüz etdiyi bildirilir.

www.ÇıxışYolu.Com