31412a97-f271-4682-954a-12a0a61781a3..jpg

Nobel mükafatı laureatı AMEA-nın fəxri üzvü seçildi

Baxış sayı: 625 dəfə baxılıb.

Nobel mükafatı laureatı AMEA-nın fəxri üzvü seçildi
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Nobel mükafatı laureatı Əziz Səncər AMEA-nın fəxri üzvü seçilib.

“Report” xəbər verir ki, bununla bağlı məsələ AMEA-nın bu gün keçirilən ümumi
yığıncağında müzakirəyə çıxarılıb.

Bildirilib ki, AMEA prezidenti, akademik İsa Həbibbəyli Akademiyada elmi
prioritetlərin müəyyənləşdirilməsinə və Elmlər Akademiyasının beynəlxalq elmi
əməkdaşlığının gücləndirilməsinə verə biləcəyi töhfələri nəzərə alaraq, dünya
miqyasında tanınmış elm xadimi, türk dünyasının elm sahəsində ilk Nobel
mükafatı laureatı, professor Əziz Səncərin AMEA-nın fəxri üzvü seçilməsi ilə
bağlı təşəbbüs irəli sürüb və məktubla ona müraciət edib.

Vurğulanıb ki, professor Əziz Səncər akademik İsa Həbibbəylinin təklifinə
müsbət cavab verib və Azərbaycanda elmin inkişafına əlindən gələn dəstəyi
göstərməyə hazır olduğunu bildirib.

AMEA-nın Kimya Elmlər Bölməsinin ümumi yığıncağının vəsatətini nəzərə alaraq,
AMEA-nın ümumi yığıncağında Nobel mükafatı laureatı Əziz Səncərin AMEA-nın
fəxri üzvü seçilməsi ilə bağlı açıq səsvermə keçirilib. Səsvermənin
nəticələrinə əsasən, Nobel mükafatı laureatı Əziz Səncər AMEA-nın fəxri üzvü
seçilib.

Qeyd olunub ki, 1945-ci ildən bu vaxta qədər AMEA-nın 17 fəxri üzvü olub.
Ə.Səncər 18-ci üzvdür.

Source link