Nobel Sülh mükafatı laureatı həbs cəzasına məhkum edildi
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Dəkkə məhkəməsi Nobel Sülh Mükafatı laureatı Məhəmməd Yunusu əmək qanunlarını
pozmaqda ittiham edərək ona altı ay müddətinə həbs cəzası verib.
Yunusla birlikdə onun təsis etdiyi “Grameen Telecom” telekommunikasiya
şirkətinin rəhbəri Əşrəful Həsən də məhkum edilib. Onlar, eyni zamanda
cərimələniblər.
Qeyd edək ki, 83 yaşlı iqtisadçı 1983-cü ildə təsis etdiyi “Grameen Bank”
vasitəsilə Banqladeşin kəndlərində yoxsullara mikrokreditlər verməyə
başlayandan sonra beynəlxalq səviyyədə tanınıb. O, 2006-cı ildə iqtisadi
inkişaf sahəsindəki fəaliyyətinə görə Nobel Sülh Mükafatına layiq görülüb.
Ancaq bir müddət sonra Yunusla ölkənin baş naziri Şeyx Hasina arasında
münaqişə yaranıb. Hökumət başçısı tanınmış iqtisadçını kəndliləri maliyyə
əsarətində saxlamaqda günahlandırıb (kəndlilər alınan kreditlərə görə illik
təxminən 20% faiz ödəməli idilər).
2022-ci ildə Banqladeş Korrupsiyaya Qarşı Mübarizə Komissiyası Nobel Mükafatı
laureatının xeyriyyə fondları ilə bağlı araşdırmaya başlayıb.