Norveç elektriklə uçan təyyarələr almağı planlaşdırır

Norveç elektriklə uçan təyyarələr almağı planlaşdırır

Baxış sayı: 8. 293 dəfə baxılıb.

Norveç növbəti illərdə elektrik mühərriki ilə uçan təyyarələr almağı planlaşdırır.

ÇıxışYolu.Com 3dnews.ru-ya istinadla xəbər verir ki, Norveçin dövlət şirkəti olan “Avinor”un rəhbəri Daq Falk-Pedersen bu cür təyyarələrin “Boeing” və “Airbus” tərəfindən istehsal edilə biləcəyi qənaətindədir:

“2040-cı ilədək ölkədaxili uçuşların hamısı elektrik mühərriki olan təyyarələrlə reallaşdırılacaq.Norveç elektrik mühərriki ilə uçan təyyarələrin həm alıcısı, həm də satış mərkəzi olmağı qəbul edir”.

Aviaşirkətlərin mütəxəssisləri təyyarələr üçün ekoloji cəhətdən əlverişli olan elektrik mühərriklərinin təkmilləşdirilməsi istiqamətində tədqiqatları davam etdirirlər. Başlıca problem irihəcmli təyyarələrin çəkisi ilə elektrik batareyalarının gücünün uyğun gəlməməsidir.

www.ÇıxışYolu.Com