2d32fd55-b15c-4811-9dff-2aa58ff858c1..jpg

Norveç klubu ilə matç üçün “Qarabağ” azarkeşlərinə 737 bilet ayrılıb

Baxış sayı: 415 dəfə baxılıb.

Norveç klubu ilə matç üçün “Qarabağ” azarkeşlərinə 737 bilet ayrılıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

UEFA Avropa Liqasının qrup mərhələsinin V turunda Norveçdə “Molde” klubunun
qonağı olacaq “Qarabağ”a 737 bilet ayrılıb.

Bu barədə “köhlən atlar”ın mətbuat katibi Anar Hacıyev məlumat verib.

O, qarşılaşma üçün azərbaycanlı azarkeşlərin müraciətlərinin olduğunu diqqətə
çatdırıb: “Amma fanatlarımızın nə qədər olacağını oyun vaxtı biləcəyik.
Biletlər qarşılaşmanın startından iki saat əvvəl satışa çıxarılacaq”.

Noyabrın 30-da keçiriləcək “Molde” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat
00:00-da başlayacaq. Hazırda hər iki komandanın hesabında 6 xal var.

Qeyd edək ki, ikinci yer uğrunda həlledici qarşılaşmadan öncə “Qarabağ” qrupda
2-ci, “Molde” isə 3-cü pillədə qərarlaşıb.

Source link