Bu gün norveçli deputatlar məktəb və universitetlərdə, o cümlədən miqrantlara təlim sessiyaları zamanı üzlərini bağlayacaq geyimdən istifadə etməyi qadağan edən qanunun lehinə səs veriblər.
ÇıxışYolu.Com bununla bağlı RİA Novosti agentliyinə istinadla xəbər verir.
Məlumatı Norveç Təhsil Nazirliyi yayıb. Qanun 2018-ci ilin avqustundan qüvvəyə minəcək.
Qadağa məktəbli, tələbə və müəllimlər aid olunacaq. Bununla yanaşı, qadağa fasilə və digər vəziyyətlərə aid deyil.