Norveç millisi Qış Olimpiya Oyunlarında ən çox medal qazanan komanda kimi tarixə düşüb.
ÇıxışYolu.Com-ın məlumatına görə, şənbə günü, fevralın 24-də, ölkənin dağ xizəkçiləri Oyunlarda bürünc medal qazanaraq Norveç millisinin ümumi medallarının sayını 38-ə çatdırıblar.
Bundan əvvəlki rekord ABŞ-a məxsus idi – 37 medal.
Hazırda Norveç millisinin hesabında 13 qızıl, 14 gümüş və 11 bürünc medal var. Ölkə medal cədvəlində birinci yerdədir. İkinci pillədə Almaniya (13/7/6), üçdə isə Kanada (11/8/9) qərarlaşıb.
ABŞ dördüncü (8/8/6), Rusiya isə 15-cidir (1/5/8).
Cənubi Koreyanın Phençhan şəhərində keçirilən Olimpiada fevralın 25-də başa çatacaq.