Norveç yığması Cənubi Koreyanın Phençhan şəhərində keçirilən Qış Olimpiya Oyunlarının qalibi olub.
ÇıxışYolu.Com-ın məlumatına görə, norveçli idmançılar Olimpiadada 39 medal qazanıblar (14 qızıl, 14 gümüş və 11 bürünc).
Norveç təmsilçiləri bu medallardan yeddisini dağ-xizək idman növlərində (1-4-2), altısını biatlonda (1-3-2), 14-nü xizək yarışlarında (7-4-3), beşini xizəkdə tramplindən tullanmada (2-1-2), dördünü konkisürmədə (2-1-1), bir bürünc medal kerlinqdə, bir qızıl fristaylda, bir gümüş medal isə ikinövlü xizəksürmədə qazanıblar.
Onlar ABŞ millisinin 2010-cu ildə Vankuverdə göstərdiyi (37 medal) nəticəni üstələyərək tarixi rekorda imza atıblar.