Norveç seysmoloqları “Şimal axını”nda dörd partlayış qeydə alıblar
2022-ci ildə “Şimal axını” və “Şimal axını-2” qaz kəmərlərinin marşrutları
boyunca dörd partlayış baş verib, baxmayaraq ki, əvvəllər yalnız ikisinin
olduğu güman edilirdi.
“Norsar” Norveç Seysmik Müşahidə İnstitutunun mütəxəssislərinin sözlərinə
görə, birinci partlayış ötən ilin sentyabr ayının 26-da yerli vaxtla saat
02:03:24-də, ikinci partlayış saat 19:03:50-də, üçüncü partlayış ikinci
partlayışdan yeddi saniyə sonra, dördüncü isə doqquz saniyə sonra qeydə alınıb.
Vurğulanır ki, ikinci və üçüncü partlayışlar bir-birindən 220 m aralıda,
dördüncüsü isə ikincidən bir neçə kilometr cənub-qərbdə baş verib.
Bir partlayış Danimarkanın Bornholm adasının cənub-şərqində, digər üçü isə
onun şimal-şərqində qeydə alınıb. Eyni zamanda, Norsar ekspertlərinin fikrincə,
reallıqda daha da çox partlayışlar ola bilərdi. Danimarka, İsveç və Almaniya
hakimiyyət orqanlarının apardığı diversiya araşdırmalarının nəticələrinin
“Norsar”la birgə dərc edilməsi planlaşdırılır. Adıçəkilən ölkələrin
departamentləri bu mövzu ilə bağlı şərh verməkdən imtina ediblər.
Mənbə: TASS