841a8eba-7f48-401c-955d-624e01e63fdb..jpg

Norveçdə Qarabağ ornamentlərilə işlənmiş geyimlər nümayiş olunacaq – FOTO

Baxış sayı: 3. 420 dəfə baxılıb.

Norveçdə Qarabağ ornamentlərilə işlənmiş geyimlər nümayiş olunacaq – FOTO

Yanvarın 7-də Oslodakı Deyxman Byorvika Mədəniyyət Mərkəzində Azərbaycan Milli
Geyim Mərkəzinin rəhbəri, Avrasiya Etnodizaynerlər Assosiasiyasının üzvü,
sənətşünaslıq üzrə fəlsəfə doktoru, modelyer Gülnarə Xəlilovanın “Northern
Stories by CİZGİ” (“CİZGİ-dən Şimal Hekayələri”) adlı ekspozisiyasının açılışı
olacaq.

AZƏRTAC xəbər verir ki, tədbirin təşkilatçısı Oslodakı Azərbaycan Evidir.
Qonaqlara əl işi geyimlər və ipək şərflər, Norveç və Qarabağ ornamentlərilə
bəzədilmiş paltarlar təqdim olunacaq.

Qeyd edək ki, Gülnarə Xəlilovanın kolleksiyaları bundan əvvəl Türkiyə, ABŞ,
Böyük Britaniya, İsveç, Avstriya, Rumıniya, Rusiya, Çin, Qazaxıstan,
Qırğızıstan, Özbəkistan, Bolqarıstan, Norveç və digər ölkələrdə keçirilən Dəb
Həftələrində və beynəlxalq tədbirlərdə uğurla nümayiş etdirilib.

Source link