Norveçli səyahətçilər Ağdamda olublar – YENİLƏNİB + FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Norveçin beynəlxalq səyahətçilərdən ibarət milli klubu – “Vagaclub”un 30
nəfərdən ibarət heyəti Ağdama səfər ediblər.
“Report” xəbər verir ki, qonaqlar işğal illərində Ermənistanın Ağdamda
törətdiyi dağıntılara baxıb, aparılan bərpa və tikinti işləri ilə tanış olublar.
Onlar ərazilər işğaldan azad edildikdən sonra bərpa edilmiş Ağdam məscidinə,
çörək muzeyinin xarabalıqlarına, Dram Teatrına və Şəhidlər xiyabanına baş
çəkiblər.
Norveçli səyahətçilərə şəhərin işğal və dağıntıdan əvvəlki tarixi
fotoşəkilləri nümayiş etdirilib.
Qeyd edək ki, tanınmış səyyah Yorn Auqestadın rəhbərlik etdiyi nümayəndə
heyəti Azərbaycanın işğaldan azad edilmiş ərazilərindədir. Norveçli
səyahətçilər Qarabağda və Şərqi Zəngəzurda erməni vandalizminin izləri ilə
tanış olurlar.
13:26
Norveçin beynəlxalq səyahətçilərdən ibarət milli klubu – “Vagaclub”un 30
nəfərdən ibarət heyəti Şuşada Cıdır düzündə olub.
“Report”un Şuşaya ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, qonaqlar
Şuşa qalasına da baş çəkib, şəhərdə aparılan bərpa işlərinin gedişi ilə tanış
olublar.
Nümayəndə heyətinin üzvləri Ermənistanın işğal zamanı törətdiyi cinayətlərin
nəticələrini gözləri ilə görüblər.
Qeyd edək ki, tanınmış səyyah Yorn Auqestadın rəhbərlik etdiyi nümayəndə
heyəti Azərbaycanın işğaldan azad edilmiş ərazilərindədir. Norveçli
səyahətçilər Qarabağda və Şərqi Zəngəzurda erməni vandalizminin izləri ilə
tanış olurlar.
11:31
Norveçin beynəlxalq səyahətçilərdən ibarət milli klubu – “Vagaclub”un 30
nəfərdən ibarət heyəti Şuşada səfərdədir.
“Report” xəbər verir ki, qonaqlar şəhərdə aparılan bərpa işlərinin gedişi ilə
tanış olacaq, həmçinin Şuşa qalasına və Cıdır düzünə baş çəkəcəklər.
Qeyd edək ki, tanınmış səyyah Yorn Auqestadın rəhbərlik etdiyi nümayəndə
heyəti Azərbaycanın işğaldan azad edilmiş ərazilərindədir. Norveçli
səyahətçilər Qarabağda və Şərqi Zəngəzurda erməni vandalizminin izləri ilə
tanış olacaqlar.
08:30
Norveçin beynəlxalq səyahətçilərdən ibarət milli klubu – “Vagaclub”ın 30
nəfərdən ibarət heyətinin işğaldan azad edilmiş ərazilərə səyahəti başlayıb.
AZƏRTAC xəbər verir ki, dünya səyyahı Corn Auqestadın rəhbərlik etdiyi
səyyahlar Qarabağ və Şərqi Zəngəzurda erməni vandalizminin izləri ilə tanış
olacaqlar.
Onlara Ermənistanın mina terroru, Azərbaycan dövləti tərəfindən azad olunmuş
ərazilərimizdə aparılan bərpa-yenidənqurma işləri, həyata keçirilən
infrastruktur layihələri barədə məlumatlar veriləcək. Eyni zamanda, onlar uzun
illər sonra öz doğma yurdlarına qayıdan sakinlərin yaşayışı şəraiti ilə tanış
olmaq imkanı qazanacaqlar.
Səyyahların Füzuli, Ağdam, Cəbrayıl, Şuşa, Laçın şəhərlərinə səfərləri nəzərdə
tutulub.