7c70d01e-5b63-4e63-9447-79955ff3e4c0..jpg

Notariuslar üçün yeni qayda müəyyənləşdi

Baxış sayı: 520 dəfə baxılıb.

Notariuslar üçün yeni qayda müəyyənləşdi

Nazirlər Kabineti “Azərbaycan Respublikasında notariat hərəkətlərinin
aparılması qaydaları haqqında Təlimat”da dəyişikliklər edib.

Cixisyolu.com xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qüvvədə olan təlimata görə, notariuslar daşınmaz əmlakın alqı-satqısı, pul
vəsaitlərinin, qiymətli kağızların, bank və ya qiymətli kağız hesablarının və
ya digər əmlakın idarə olunması, habelə hüquqi şəxslərin yaradılması, onların
fəaliyyətinin təmin və idarə edilməsi, bu məqsədlərlə pul vəsaitlərinin
toplanılmasının təşkil olunması, habelə hüquqi şəxslərin alqı-satqısı ilə
əlaqədar əməliyyatlarla bağlı notariat hərəkətləri aparılarkən əməliyyatın
predmeti olan pul vəsaitlərinin və ya digər əmlakın cinayət yolu ilə əldə
edilməsi və ya terrorçuluğun maliyyələşdirilməsi ilə bağlı olmasına şübhə və ya
belə şübhə üçün kifayət qədər əsaslar yaradan hallarda, həmçinin bu
əməliyyatlar siyahısı maliyyə monitorinqi orqanı tərəfindən müəyyən edilmiş
dövlətlərin (ərazilərin) vətəndaşları ilə, qeydiyyat, yaşayış və ya əsas
fəaliyyət yeri həmin dövlətdə (ərazidə) olan şəxslərlə, eləcə də, göstərilən
dövlətlərdə (ərazilərdə) qeydiyyatdan keçmiş bankda hesaba malik olan şəxslərlə
və ya terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində barəsində
sanksiya tətbiq edilməli olan şəxslərin, habelə bu şəxslərin sahibliyində və ya
nəzarətində olan hüquqi şəxslərin, o cümlədən, bu şəxslərin adından və ya
onların tapşırığı ilə fəaliyyət göstərən fiziki və hüquqi şəxslərin aktivləri
ilə bağlı həyata keçirildikdə, yaxud xarici dövlətlərin siyasi xadimlərinin pul
vəsaitləri və ya digər əmlakla bağlı olduqda, bu barədə məlumatı maliyyə
monitorinqi orqanına təqdim etməlidir.

Dəyişikliyə əsasən, notariuslar daşınmaz əmlakın alqı-satqısı, pul
vəsaitlərinin, qiymətli kağızların və ya digər əmlakın, habelə bank, depo,
poçt, ödəniş və pul hesablarının idarə olunması, habelə hüquqi şəxslərin
yaradılması, onların fəaliyyətinin təmin və idarə edilməsi, bu məqsədlərlə pul
vəsaitlərinin toplanılmasının təşkil olunması, habelə hüquqi şəxslərin
səhmlərinin və ya paylarının alqı-satqısı ilə əlaqədar əməliyyatlarla bağlı
notariat hərəkətləri aparılarkən əməliyyatın predmeti olan əmlakın cinayət yolu
ilə əldə edilməsi və ya terrorçuluğun maliyyələşdirilməsi ilə bağlı olmasına
şübhə və ya belə şübhə üçün kifayət qədər əsaslar yaradan hallarda, həmçinin bu
əməliyyatlar yüksək riskli zonaların vətəndaşları ilə, qeydiyyat, yaşayış və ya
əsas fəaliyyət yeri həmin zonalarda olan şəxslərlə və ya onların vasitəsilə,
eləcə də, həmin zonalarda qeydiyyatdan keçmiş bankda hesaba malik olan
şəxslərlə və ya “Hədəfli maliyyə sanksiyaları haqqında” Azərbaycan
Respublikasının qanununa uyğun olaraq sanksiya tətbiq edilən fiziki şəxslərin
və qurumların aktivləri ilə bağlı həyata keçirildikdə, yaxud xarici dövlətlərin
siyasi nüfuzlu şəxslərinin əmlakı ilə bağlı olduqda, bu barədə məlumat və
sənədləri maliyyə monitorinqi orqanına təqdim etməlidirlər.

Source link