Notr-Dam kilsəsinin açılış tarixi məlum oldu
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Fransa paytaxtının əsas simvollarında biri, böyükmiqyaslı yanğın nəticəsində
zədələnmiş Notr-Dam kilsəsi 8 dekabr 2024-cü ildə yenidən ziyarətçilərin üzünə
açılacaq.
Fransa prezidenti Emmanuel Makron bu barədə Yeni il münasibətilə fransızlara
etdiyi müraciətində məlumat verib.
“Bu hadisə Fransa üçün, onun bərpasında iştirak edən hər kəs üçün qürur il
olacaq”, – deyə E. Makron əlavə edib.
Xatırladaq ki, Notr-Damda 2019-cu ilin aprelində yanğın baş verib. Ehtimal
olunur ki, hadisəyə elektrik şəbəkəsindəki problem səbəb olub. Yanğın 14 saat
ərzində söndürülüb, tarixi binaya ciddi ziyan dəyib.