Növbədənkənar prezident seçkisi ilə əlaqədar qeydiyyatdan keçən
müşahidəçilərin sayı açıqlandı
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Növbədənkənar prezident seçkisi ilə əlaqədar 80 minə yaxın müşahidəçi
qeydiyyatdan keçib”.
Cixisyolu.com-ın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir
Pənahov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, ölkədə 6 300-dən çox seçki məntəqəsi var:
“Hər məntəqəyə 15-ə qədər müşahidəçi düşür. Əsas məqsəd odur ki, müşahidəçilər
fəal olsunlar, müəyyən məsələlərə müdaxilə etmək səlahiyyətləri var”.
M.Pənahov söyləyib ki, beynəlxalq müşahidəçilərin sayı 800-ə çatır.