6f56633c-bbbc-4bb3-bf71-f00ce9536b01..jpg

Növbədənkənar prezident seçkisi seçici yükünü azaldan proses kimi – ŞƏRH

Baxış sayı: 646 dəfə baxılıb.

Növbədənkənar prezident seçkisi seçici yükünü azaldan proses kimi – ŞƏRH
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2024-cü ilin fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkisi
keçiriləcək.

Qeyd edək ki, növbədənkənar prezident seçkisinin elan edilməsi prezidentin
konstitusion səlahiyyətidir.

Konstitusiyanın 101-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının prezidenti
növbədənkənar Azərbaycan Respublikası prezidenti seçkisini elan edə bilər.

Yəni Prezident İlham Əliyevin növbədənkənar seçkiləri elan etməsi tam
legitimdir. Burada hər hansı qeyri-müəyyənlik axtarmağa ehtiyac yoxdur.
Bəziləri növbədənkənar prezident seçkisini xarici faktorlarla əlaqələndirməyə
çalışırlar. Bu, yanlışdır, məsələ yalnız Azərbaycanın daxili işidir.

2024-cü ildə Azərbaycanda bələdiyyə, 2025-cü ildə isə parlament seçkiləri
keçiriləcək. Bundan başqa, təqvimlə prezident seçkisi 2025-ci ilə təsadüf
edirdi. İki il ərzində üç seçki isə dövlət qurumlarının və seçicilərin yükünü
ağırlaşdırır. Çünki seçki çətin prosesdir. İndi təsəvvür edin ki, dalbadal
seçki keçirilir, onda seçicilər də yorular, dövlət qurumları da səmərəli
fəaliyyət göstərə bilməz.

Bu ağırlığı aradan qaldırmaq üçün növbədənkənar seçkiyə ehtiyac var idi. Buna
görədir ki, Prezident İlham Əliyev dekabrın 7-də növbədənkənar prezident
seçkisi elan etdi.

Mərkəzi Seçki Komissiyası dekabrın 8-də keçirdiyi iclasında növbədənkənar
Azərbaycan Respublikası prezidenti seçkisini təyin etdi.

Qeyd edək ki, Mərkəzi Seçki Komissiyası növbədənkənar Azərbaycan Respublikası
prezidenti seçkisinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin
təqvim planını açıqlayıb.

Bu plan Seçki Məcəlləsinin tələbləri ilə tam uyğunluq təşkil edir. Hər bir
namizədə qanunla müəyyən edilmiş bərabər imkanlar tanınacaq.

Çünki Azərbaycan demokratik dövlətdir və ölkədə seçki prosesi şəffaf aparılır.
Beynəlxalq təşkilatlar buna şübhə ilə yanaşırlarsa, buyurub seçki prosesini
müşahidə edə bilərlər.

Bu arada, Azərbaycanda bir sıra siyasi partiyalar İlham Əliyevin prezidentliyə
namizədliyini dəstəkləyiblər.

Ümid Partiyası, Haqq və Ədalət Partiyası həmin sırada yer alır. Bu siyahının
genişlənəcəyi isə istisna deyil.

Aqil Vəlili

Source link