Növbədənkənar prezident seçkisində namizədlərin topladığı yekun səslər məlum
oldu
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Azərbaycanda fevralın 7-də keçirilən növbədənkənar prezident seçkisində
namizədlərin topladığı yekun səslər məlum olub.
Bu, Mərkəzi Seçki Komissiyasının prezident seçkisinə dair protokolunda öz
əksini tapıb.
Beləliklə, İlham Əliyev 92,12 % (4 567 458 səs) səslə seçkinin qalibi olub.
Digər namizədlərin səs faizi aşağıdakı kimidir:
Prezidentliyə namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc – 2,17 faiz
(107 632 səs);
Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa – 1,99 faiz
(98 421 səs);
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət
Həsənquliyev – 1,72 faiz (85 411 səs);
Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev – 0,80 faiz
(39 643 səs);
Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev – 0,66 faiz
(32 885 səs);
Namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev – 0,54 faiz (26 517 səs).
Xatırladaq ki, növbədənkənar prezident seçkisində seçici fəallığı 76, 43 faiz
olub.