8c37f670-3a8f-4b5e-9ed5-e67fb6131283..jpg

Növbəti “Kənddən Şəhərə” yarmarkaları fasiləsiz fəaliyyət göstərəcək – FOTO

Baxış sayı: 740 dəfə baxılıb.

Növbəti “Kənddən Şəhərə” yarmarkaları fasiləsiz fəaliyyət göstərəcək – FOTO

Kənd Təsərrüfatı Nazirliyinin Novruz bayramı ilə əlaqədar olaraq təşkil
edəcəyi növbəti “Kənddən Şəhərə” yarmarkaları 11-19 mart tarixlərində fasiləsiz
fəaliyyət göstərəcək.

Nazirlikdən verilən məlumata görə, əsas məqsəd bayram günlərində vətəndaşların
kənd məhsullarına artan tələbatlarını yerli və sağlam məhsullarla təmin etmək
və fermer təsərrüfatları üçün alternativ satış kanalı yaratmaqdır.

Satışa çıxarılacaq məhsullar yarmarkada iştirak üçün əvvəlcədən qeydiyyatdan
keçən fermerlər tərəfindən alıcılara təqdim olunacaq. Yarmarkada ümumilikdə 50
regiondan 82 fermer iştirak edəcək. Fermerlər 90-dan artıq çeşiddə kənd
təsərrüfatı və qida məhsullarının satışını həyata keçirəcəklər.

Satışa çıxarılan məhsulların kеyfiyyətinə nəzarət etmək məqsədilə
yarmarkalarda Qida Təhlükəsizliyi Agentliyinin Səyyar Qida Laboratoriyası
fəaliyyət göstərəcək. Vətəndaşlar yarmarkada satışa çıxarılan hər hansı bir
məhsulun keyfiyyət göstəricilərini öyrənmək üçün laboratoriyanın xidmətlərindən
faydalana bilərlər.

Novruz yarmarkalarında fermerlər heç bir ödəniş etmədən piştaxta, tərəzi,
soyuducu və digər ləvazimat və avadanlıqlarla tam təchiz olunmaqla öz
məhsullarını şəhər sakinlərinə təqdim edəcəklər. Məhsullarının daşınmasında
çətinlik yaşayan fermerlərə isə təşkilatçı qurum tərəfindən logistika dəstəyi
göstəriləcək. “Kənddən Şəhərə” Novruz yarmarkaları aşağıdakı ünvanlarda
fəaliyyət göstərəcək:

– Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (“Gənclik” metro stansiyasının
çıxışı)

– Binəqədi rayonu, Süleyman Sani Axundov, 5B (“İnqilab” kinoteatrının yanı)

Source link