5f2155ba-5005-4548-8d2a-f6bd39f8b209..jpg

Növbəti köç karvanı Ağalı kəndinə çatıb – YENİLƏNİB + FOTO

Baxış sayı: 607 dəfə baxılıb.

Növbəti köç karvanı Ağalı kəndinə çatıb – YENİLƏNİB + FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Zəngilan rayonunun Ağalı kəndinə növbəti ailələrin köçü baş tutub. Bu
dəfə 127 nəfərdən ibarət 25 ailə öz doğma yurdlarına geri qayıdıb.

Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan
rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin
əməkdaşları “Ağıllı kənd”də Ağalı sakinlərini qarşılayıblar.

Daha sonra Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin
nümayəndələrinin də iştirakı ilə qayıdan sakinlərin ailə başçılarına yeni
evlərinin açarları təqdim edilib.

Bugünədək “Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində 175 ailədən
ibarət 871 nəfər Zəngilan rayonunun Ağalı kəndində məskunlaşıb.

Köçürülən sakinlər müvafiq qurumlar tərəfindən peşə ixtisaslarına və
bacarıqlarına uyğun şəkildə işlə təmin ediləcək, müxtəlif dövlət qurumlarında,
ictimai-iaşə obyektlərində, tikinti şirkətlərində, tikiş fabrikində və digər
yerlərdə çalışacaqlar.

Köçürülmüş əhali üçün bütün infrastruktur şərait – dövlət xidmətləri mərkəzi,
məktəb, bağça, bank, poçt, ictimai iaşə obyektləri və s. imkanlar mövcuddur.

07:30

Abşeron rayonunun Masazır kəndindən Zəngilan rayonunun yenidən salınmış Ağalı
kəndinə növbəti köç karvanı yola salınıb.

“Report” xəbər verir ki, indiyədək Bakı, Sumqayıt şəhərlərində və Abşeron
rayonunda müvəqqəti məskunlaşmış 25 ailə – 127 nəfər bundan sonra doğma yurdda
yaşamağa başlayacaq. Onlar ermənilərin işğal dövründə tamamilə dağıtdıqları
1-ci, 2-ci və 3-cü Ağalı kəndlərinin sakinləridir.

06:43

Abşeron rayonunun Masazır kəndindən Zəngilan rayonunun yenidən salınmış Ağalı
kəndinə növbəti köç karvanı yola salınır.

“Report” xəbər verir ki, indiyədək Bakı, Sumqayıt şəhərlərində və Abşeron
rayonunda müvəqqəti məskunlaşmış 25 ailə – 127 nəfər bundan sonra doğma yurdda
yaşamağa başlayacaq. Onlar ermənilərin işğal dövründə tamamilə dağıtdıqları
1-ci, 2-ci və 3-cü Ağalı kəndlərinin sakinləridir.

Ağalı sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə
Prezident, müzəffər Ali Baş Komandanİlham Əliyevə, Birinci vitse-prezident
Mehriban Əliyevaya, torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan
Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını ifadə ediblər.

Evlərin bölgüsü məcburi köçkünlərə yeni yaşayış sahələrinin verilməsinin
hazırda qüvvədə olan qaydaları əsasında, şəffaflıq və ədalətlilik prinsipləri
əsasında püşkatma ilə aparılıb. Püşkatma oktyabrın 20-də Dövlət Komitəsinin
Repatriasiya Departamentində keçirilib.

Yolasalma mərasimində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət
Komitəsinin, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və
Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi
nümayəndəliyinin, Zəngilan Rayon İcra Hakimiyyətinin nümayəndələri və digər
rəsmi şəxslər iştirak edirlər.

Bununla da indiyədək Ağalı kənddə daimi məskunlaşdırılan ailələrin sayı 175-ə
(871 nəfərə) çatacaq. Kəndə köçürülmə davam etdiriləcək.

Source link