e7ddb86b-e3e1-4e79-b994-c466ca491d88..jpg

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb – YENİLƏNİB + FOTO/VİDEO

Baxış sayı: 501 dəfə baxılıb.

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb – YENİLƏNİB + FOTO/VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıdan yola salınan növbəti köç karvanı Füzuli şəhərinə çatıb.

“Report” xəbər verir ki, doğma yurduna qayıdanların qarşılanma mərasimi
keçirilib.

Bununla da Füzuli şəhərinə qayıdan ailələrin sayı 470-a (1750 nəfər) çatıb.

06:34

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Füzuli şəhərinə növbəti köç
karvanı yola salınıb.

Cixisyolu.com-ın məlumatına görə, respublikanın müxtəlif ərazilərində yataqxana,
sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda
müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı yanvarın 24-də
Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb. Bu mərhələdə Füzuli şəhərinə
daha 30 ailə – 125 nəfər köçürülür.

Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli
Azərbaycan Ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən
sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan
yaranıb. Doğma yurda qayıdan Füzuli sakinləri hərtərəfli dövlət qayğısı ilə
əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident
Mehriban Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin, torpaqlarımızı işğaldan
qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə
minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət,
ailəlırinə səbir diləyiblər.

Xatırladaq ki, indiyədək Füzuli şəhərinə 470 ailənin (1 750 nəfər) daimi
məskunlaşması təmin edilib.

Daha çox şəkil burada: PhotoStock.az

Aytac Qasımova

Source link