3fb9e37c-fa7d-4ad0-b8c9-945c102fb706..jpg

Növbəti köç karvanı Laçın şəhərinə çatıb, mənzillərin açarları təqdim edilib – YENİLƏNİB + FOTO/VİDEO

Baxış sayı: 778 dəfə baxılıb.

Növbəti köç karvanı Laçın şəhərinə çatıb, mənzillərin açarları təqdim edilib –
YENİLƏNİB + FOTO/VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yanvarın 30-da Bakı şəhərinin Qaradağ rayonundan yola salınan növbəti köç
karvanı Laçın şəhərinə çatıb. Yeni köçürülən ailələrə mənzillərinin açarlarının
təqdimat mərasimi keçirilib.

Cixisyolu.com xəbər verir ki, mərasimdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri
üzrə Dövlət Komitəsinin və Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın
rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin rəsmiləri iştirak
ediblər.

Köçürülən ailələr Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan
sonra dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən
tikilən evlərdə məskunlaşacaqlar. Bu mərhələdə Laçın şəhərinə daha 23 ailə – 72
nəfər köçürülüb.

Bununla da Laçın şəhərində 431 ailənin, yəni 1 627 nəfərin daimi məskunlaşması
təmin edilib.

17:27

Bakı şəhərinin Qaradağ rayonu “Qobu Park-3” köçkün şəhərciyindən Laçına yola
salınan məcburi köçkünlərin rəsmi qarşılanma mərasimi olub.

“Report” xəbər verir ki, şəhərdə doğma yurduna qayıdanlara evlərin açarları
təqdim edilib.

Qeyd edək ki, bununla da bugünkü köç də nəzərə alınmaqla Laçın şəhərinə 431
ailənin (1627 nəfər) köçürülməsi təmin edilib.

17:02

Bakı şəhərinin Qaradağ rayonu “Qobu Park-3” köçkün şəhərciyindən yola salınan
23 ailə (72 nəfər) Laçın şəhərinə çatıb.

“Report” xəbər verir ki, şəhərdə doğma yurduna qayıdanların qarşılanma
mərasimi keçirilib.

Qeyd edək ki, bununla da bugünkü köç də nəzərə alınmaqla Laçın şəhərinə cəmi
431 ailə (1627 nəfər) köçürülüb.

06:35

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Laçın şəhərinə və Zabux
kəndinə növbəti köç karvanı yola salınıb.

Cixisyolu.com xəbər verir ki, respublikanın müxtəlif ərazilərində yataqxana,
sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda
müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı yanvarın 30-da
Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb. Bu mərhələdə Laçına daha 23
ailə – 72 nəfər köçürülür.

Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli
Azərbaycan Ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən
sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan
yaranıb. Doğma yurda qayıdan Laçın sakinləri hərtərəfli dövlət qayğısı ilə
əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident
Mehriban Əliyevayatəşəkkür ediblər. Onlar, həmçinin, torpaqlarımızı işğaldan
qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə
minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət,
ailələrinə səbir diləyiblər.

Daha çox foto burada: PhotoStock.az

Aytac Qasımova

Source link