1c4e77fe-cce7-4505-b59c-9cfc9b695402..jpg

Növbəti köç karvanı Laçına çatıb – YENİLƏNİB + FOTO/VİDEO

Baxış sayı: 461 dəfə baxılıb.

Növbəti köç karvanı Laçına çatıb – YENİLƏNİB + FOTO/VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Bakıdan yola salınan növbəti köç karvanı Laçın şəhərinə çatıb.

“Report” xəbər verir ki, doğma yurduna qayıdan sakinlərin qarşılanma mərasimi
keçirilib.

Qeyd edək ki, bu mərhələdə Laçın şəhərinə daha 21 ailə – 68 nəfər, Zabux
kəndinə isə 4 ailə – 11 nəfər köçürülür.

Bununla ümumilikdə Laçın şəhərinə 472 ailə (1773 nəfər) köçürülüb. Zabux
kəndinə köçürülənlərin sayı isə 819 nəfərə çatıb (215 ailə).

06:24

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Laçın şəhərinə və Zabux
kəndinə növbəti köç karvanı yola salınıb.

Cixisyolu.com xəbər verir ki, respublikanın müxtəlif ərazilərində yataqxana,
sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda
müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı martın 30-da Bakı
şəhərinin Qaradağ rayonundan yola salınıb. Bu mərhələdə Laçın şəhərinə daha 21
ailə – 68 nəfər, Zabux kəndinə isə 4 ailə – 11 nəfər köçürülüb.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli
Azərbaycan ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən
sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan
yaranıb. Doğma yurda qayıdan Laçın sakinləri hərtərəfli dövlət qayğısı ilə
əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident
Mehriban Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan
qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə
minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət,
ailələrinə səbir diləyiblər.

Xatırladaq ki, indiyədək Laçın şəhərinə 472 ailənin, yəni 1773 nəfərin, Zabux
kəndinə isə 215 ailənin, yəni 819 nəfərin daimi məskunlaşması təmin edilib.

Daha çox foto burada: PhotoStock.Az

Aytac Qasımova

Source link