Növbəti köç karvanı Zabuxa çatıb – YENİLƏNİB + FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Bakı şəhərinin Qaradağ rayonundan Laçının Zabux kəndinə yola salının növbəti
köç karvanı yurda çatıb.
“Report” xəbər verir ki, ailələrə evlərinin açarları Laçın şəhərində təqdim
olunub.
Bununla da respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, keçmiş
pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti
məskunlaşmış daha 30 ailə (121 nəfər) öz yurduna – Zabux kəndinə köçürülüb.
16:56
Bakı şəhərinin Qaradağ rayonundan Zabux kəndinə yola salının növbəti köç
karvanı Laçına çatıb.
“Report” xəbər verir ki, Laçında ailələrə evlərin açarları təqdim edilib.
Bundan sonra köç karvanı Zabuxa yola düşəcək.
Qeyd edək ki, respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya,
keçmiş pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti
məskunlaşmış 30 ailə – 121 nəfər bu gün yurda köçürülüb.
06:43
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Laçın rayonunun Zabux
kəndinə növbəti köç karvanı yola salınıb.
Cixisyolu.com-ın məlumatına görə, respublikanın müxtəlif ərazilərində yataqxana,
sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda
müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı dekabrın 22-də
Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb. Bu mərhələdə Zabux kəndinə daha
30 ailə (121 nəfər) köçürülüb.
Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli
Azərbaycan Ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən
sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan
yaranıb. Doğma yurda qayıdan Zabux sakinləri hərtərəfli dövlət qayğısı ilə
əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident
Mehriban Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan
qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə
minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət,
ailələrinə səbir diləyiblər.
Xatırladaq ki, indiyədək Zabux kəndində 176 ailənin, yəni 688 nəfərin daimi
məskunlaşması təmin edilib.
Aytac Qasımova