ba7c6d85-bd28-4acd-be1c-288ca5046a2c..jpg

Növbəti “Komando başlanğıc kursu” başa çatıb – FOTO

Baxış sayı: 1. 014 dəfə baxılıb.

Növbəti “Komando başlanğıc kursu” başa çatıb – FOTO

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı
İlham Əliyevin göstərişinə əsasən, ordu sıralarında xidmət edən hərbi
qulluqçuların hazırlıq səviyyəsinin və bölmələrin döyüş qabiliyyətinin daha da
artırılması istiqamətində görülən işlər davam edir.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Cari ilin döyüş hazırlığı planına uyğun olaraq, növbəti “Komando başlanğıc
kursu”nun buraxılış mərasimi keçirilib.

Əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və ölkəmizin ərazi
bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub.

Mərasimdə çıxış edənlər məzunlara Müdafiə Nazirliyi rəhbərliyinin təbrikləri
çatdıraraq hərbi qulluqçuların peşəkarlıq səviyyəsinin yüksəldilməsi və döyüş
qabiliyyətinin artırılmasında bu cür kursların əhəmiyyətindən danışıb,
komandolara gələcək xidmətlərində uğurlar arzulayıblar.

Məzunlara sertifikatlar təqdim olunduqdan sonra kurs birincisi tərəfindən yaş
kötüyünə rəmzi emblem vurulub.

Sonda şəxsi heyətin tribuna önündən təntənəli keçidi olub, xatirə şəkili
çəkdirilib.

Source link