“Noviçok”un yaradıcısı antidot haqqında danışdı

“Noviçok”un yaradıcısı antidot haqqında danışdı

Baxış sayı: 2. 984 dəfə baxılıb.

“Noviçok” zəhərinin yaradıcısı Vil Mirzayanov “Bi-Bi-Si”nin Rusiya xidmətinə verdiyi müsahibəsində, zəhərləyici maddəyə qarşı antidot olduğunu, həmçinin  Baş Kəşfiyyat İdarəsinin keçmiş işçisi Sergey Skripal və onun qızı Yuliyaya kömək etmək şansının olduğunu bildirib.

ÇıxışYolu.Com-ın məlumatına görə, Mirzayanov bildirib ki, zəhərlənməni daralmış göz bəbəklərinə və görmə qabiliyyətinin pisləşməsinə əsasən müəyyən etmək olar. 

Daha sonra, əgər doza yüksəkdirsə, konvulsiyalar və nəfəs kəsilmələri başlayır.

İlk yardım – atropin və afindir ( fosfororqanik zəhərləyici maddələrin antidotu qismində istifadə olunan xolinolitik vasitələr). 

“Həmçinin daha güclü digər antidotlar ixtira olunub. Onlar var və zəhərləyici maddələrin təsirini dayandırmaq üçün köməklik edirlər. Lakin, onlar insanı sağaltmırlar” – deyə Mirzayanov qeyd edib.

Kimyaçı deyib ki, Sergey Skripalı və onun qızını ancaq ölümdən xilas etmək mümkündür. 

“İngilislər, çox güman ki, gec də olsa damara atropin və afin vurublar. Ancaq onların artıq geriyə dönüşü olmayan zərərləri, o cümlədən öz orqanizminə ziyanı vardır”- deyərək Mirzayanov əlavə edib.

www.ÇıxışYolu.Com