156e5b21-158a-4b0c-958c-a1fcb1cf6d08..jpg

Novosibirsk sakinlərindən uşaqları xilas edən azərbaycanlı üçün JEST – FOTO

Baxış sayı: 445 dəfə baxılıb.

Novosibirsk sakinlərindən uşaqları xilas edən azərbaycanlı üçün JEST – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyanın Novosibirsk şəhəri sakinləri Azərbaycandan olan Rza Rzayev üçün 70
min rubldan çox (təxminən 1400 manat) pul toplayıblar.

O, yanvarın 17-də istilik magistralında qəza zamanı onlarla insanı xilas edib.

Şəhərin Leninski rayonu Petropavlovskaya küçəsində kommunal qəza baş verib.
Hadisə şahidlərinin sözlərinə görə, 6-7-ci mərtəbəyə qədər yerdən qaynar su
fontan vurub. Sonradan məlum olduğu kimi, qəza nəticəsində 14 nəfər yaralanıb.

Rza Rzayev əvvəlcə qaynar su basan yolayrıcından keçid düzəldib, sonra isə
insanların ondan istifadəsinə köməklik edib. O, uşaqları qucağında keçirib.

Hekayə sosial mediada böyük əks-səda doğurub. Novosibirskdən olan fəallar
həmin şəxs üçün Azərbaycandakı övladlarının yanına uça bilməsi məqsədilə pul
yığıldığını elan ediblər. Təşkilatçıların hesablamalarına görə, toplanan vəsait
gediş-gəliş biletləri və qızlara hədiyyələr üçün kifayət edəcək.

Mənbə: mk.ru

Source link