Novruz bayramı özü ilə kirayə evlərin qiymətinə bahalaşma gətirdi – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Bayramı fürsət bilənlər istirahət üçün rayonlara üz tutublar. Hotellərlə
yanaşı kirayə evlərə müraciət edənlərin sayı da artıb.
Xezerxeber.az-ın məlumatına görə, Lənkərana gələn turistlər istirahət
mərkəzləri ilə yanaşı qalmaq üçün gündəlik kirayə verilən kənd evlərinə də
müraciət edirlər.
Novruz bayramını Lənkəranda qeyd edəcək turistlər əsasən, Lənkəran-Lerik
yolundakı istirahət mərkəzlərinə yaxın kirayə verilən evlərdə qalmağa üstünlük
verirlər. Ev kirayəsi ilə məşğul olan rieltorlar xüsusilə dağətəyi ərazilərdəki
həyət evlərinə daha çox tələbat olduğunu deyirlər.
Rieltorlar deyirlər ki, kirayə mənzil bazarında bu cür vəziyyət bayramın
sonuna qədər davam edəcək.
Qeyd edək ki, mövcud qiymətlərin bayramdan sonra enəcəyi gözlənilir.
Ətraflı süjetdə: