Novruz Məmmədov: Hesabat əvvəldən hazırlanmışdı

Novruz Məmmədov: Hesabat əvvəldən hazırlanmışdı

Baxış sayı: 2. 739 dəfə baxılıb.

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) müşahidə missiyasının bəzi üzvləri yalnız müxaliflərlə əlaqə saxlamaqla məşğul olub.

ÇıxışYolu.Com-ın məlumatına görə, bunu Azərbaycan Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi – şöbə müdiri Novruz Məmmədov “Twitter”dəki səhifəsində yazıb.

“ATƏT DTİHB müşahidə missiyasının köməkçisi Vüqar Əhmədovun bəyanatı Seçki Müşahidə Missiyasının rəhbərlərinin və bəzi xüsusi seçilmiş üzvlərinin Azərbaycana olan münasibətini açıq ortaya qoyur və ifşa edir. Hesabat əvvəldən hazırlanmışdı. Bu məzmunda məlumatlar mənə də çatmışdı, özü də xarici ölkə nümayəndələrindən və missiya üzvlərindən çatmışdı. Aramızda razılaşma olmuşdu. Xahiş etmişdilər ki, adlarını gizli saxlayım. Həqiqətən də Müşahidə Missiyasının bəzi üzvləri yalnız xaricdə və daxildə olan müxaliflərlə əlaqə saxlamaqla məşğul olublar. Missiyanın hesabatla razı olmayan üzvləri isə kənarlaşdırıldıqları üçün geri qayıdıblar”, – N.Məmmədov qeyd edib:

www.ÇıxışYolu.Com