62f46d9d-6863-4589-acc8-a1501cc4ccc6..jpg

Novruz Məmmədovun kürəkəni: “Nə etmişəmsə, özüm etmişəm, qayınatamın heç bir rolu yoxdur”

Baxış sayı: 694 dəfə baxılıb.

Novruz Məmmədovun kürəkəni: “Nə etmişəmsə, özüm etmişəm, qayınatamın heç bir
rolu yoxdur”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Deyirlər ki, Pərviz Qasımov bura pul xərcləyir, ora pul xərcləyir. Pərvizin
nə biznesi var, nə də… Bu dəyirmanın suyu saytlardan gəlir. Başlıq yazırlar,
xoşuma gəlmir. Xahiş edirəm, belə şeylər etməyin. Yazırlar ki, sabiq baş
nazirin kürəkəni idman yarışında yer tutub. Bunun nə dəxli var? Mən əvvəl də
yer tuturdum. Siyasəti musiqiyə qatmaq olmaz”.

Bu sözləri keçmiş baş nazir Novruz Məmmədovun kürəkəni, xanəndə Pərviz Qasımov
ATV-də yayımlanan “Rəngarəng” verilişində deyib.

“Novruz Məmmədov Azərbaycanın dövlət xadimidir, gözəl insandır, amma
məsələləri qarışdırırlar. Saytlara zəng edirsən ki, zəhmət olmasa, özüm
haqqında yazın. İndiyə kimi nə etmişəmsə, vallah, özüm etmişəm. Qayınatamın
burada heç bir rolu yoxdur”, – P.Qasımov bildirib.

Source link