Bir neçə gündən sonra Azərbaycanda ən sevilən və ən koloritli bayramlardan biri – Novruz bayramı qeyd ediləcək. Azərbaycanlılar və ölkənin qonaqları baharın gəlişini, təbiətin canlanması və təzələnməsini qeyd edərək beş gün ərzində nağıl atmosferinə qatılacaqlar.
Yazda gecə və gündüzün bərabər olduğu zaman günəş “Qoç” bürcündə olur. Qədim dünyanın inancına görə, dünyanın yaranması məhz günəş qoçun başından çıxdığı zaman baş verib.
İşığın qaranlıqdan, gündüzün gecədən, xeyirin şərdən ayrılması elə bu vaxta təsadüf edir. Məhz buna görə də Novruz günlərində xalq adətinə uyğun olaraq hər yerdə tonqallar qalanır.
Qədim ənənəyə görə, Novruzun gəlişindən əvvəl hamı evini, onun ətrafını təmizləməli, borclarını qaytarmalıdır. Novruzdan qabaq həyatın yaranması haqqında miflərə uyğun olaraq hər çərşənbə axşamı “təbiətin dörd elementinə həsr edilən günlər” qeyd edilir: Su çərşənbəsi, Od çərşənbəsi, Yel çərşənbəsi, Torpaq çərşənbəsi.
Son çərşənbə axşamı (ilin axırıncı həftəsinin sonuncu çərşənbə axşamı) müxtəlif mərasimlərlə zəngin olub, insanın özünün, ailəsinin rifahını təmin etmək, gələn təzə ildə bütün dərdlərdən azad olub özü və ailəsini hər cür bədbəxtlikdən qorumaq məqsədi güdür.
Novruzda mal-qara kəsmək və heyvan öldürmək qadağandır. Bu bayramda evi ruzi-bərəkətdən məhrum etməmək üçün borc vermək də adət deyil. Ənənəyə görə, bayram günlərində qarğış etmək, yalan danışmaq, pis sözlər işlətmək, mühakimə etmək olmaz. Pis hərəkətlərdən çəkinmək lazımdır.
Adətə görə, bayram axşamı süfrədə adı “s” ilə başlayan yeddi element olmalıdır (sumax, süd, sirkə, səməni, səbzi və s.). Sadalanan elementlərdən əlavə, süfrəyə güzgü, şam, boyanmış yumurtalar da qoyulur. Səməni – boşqabın içində göyərdilmiş buğda bayramın ən vacib atributudur.
Onun becərilməsi üçün bolluq və rifah rəmzi olan bir ovuc buğda suda isladılır. Bu mərasim “Səməni, saxla məni, ildə göyərdərəm səni” mahnısı ilə müşayiət olunur. Lakin süfrənin əsas yeməyi bayram aşıdır. Ev sahibələrinin hər birində bu aşın öz resepti var.
Bu gözəl bayramın ənənəvi atributlarına həm də xüsusi şirniyyat növləri – şəkərbura, paxlava, boyanmış yumurtalar, dadlı çərəz növlərinin, fındığın, quru meyvələrin düzüldüyü, şamlarla və rəngbərəng lentlərlə bəzədilmiş xonça da aiddir.
Son dönəmlər ənənəvi şərq şirniyyatlarından savayı, şokolad, konfetlərin də xonçaya qoyulması adəti meydana gəlib.
Qədim adətə görə, qapı ağzına papaq atan uşaqlara belə konfetlərin verilməsi daha məqsədəuyğundur. Bu halda kağıza bükülən konfetlər quru meyvələrlə və digər şirniyyatlarla müqayisədə daha gigiyenik və təhlükəsiz alternativdir.
Azərbaycanda 2012-ci ildə satışa buraxılan və çəki ilə satılan, analoji batonların mini versiyasını xatırladan “Mars” şokolad konfetləri gözəl seçim ola bilər.
Ənənələr dəyişməz qalır, lakin hər yeni nəsil onları müəyyən qədər zənginləşdirir. Bugünkü cavan Azərbaycan qadınları anaları və nənələri kimi Novruzu sevinərək qeyd edir, amma müasir həyatın tempi öz qaydalarını diktə edir.
İşləyən qadınların, xüsusən ailəli olanların heç də hamısı mürəkkəb şərq şirniyyatları növlərini hazırlamaq üçün kifayət qədər vaxta malik deyil. Buna görə cavan qadınların çoxu ənənəvi şirniyyat növlərini satın almağa və ya hazırlanmasını sifariş etməyə üstünlük verirlər.
Müasir ev sahibinin xonçası o dərəcədə gözəl və orijinal bəzədilir ki, artıq bir incəsənət əsəri şəklini alır.
Bu zaman mağazalardan asanlıqla əldə edilə biləcək müxtəlif rəngli və formalı əlvan şamlar, dekorativ güllər və kəpənəklər, cürbəcür dekor əşyaları köməyə gəlir.
Əlbəttə ki, əlvan və gözəl kağıza bükülmüş “Mars” şokolad konfetləri də sizin bayram süfrənizə, şübhəsiz ki, xüsusi bir incəlik qatacaq.