2d0a6233-bbff-4dca-a8eb-8ce513d2387b..jpg

Novruz tətilində İçərişəhərdə “Bayram qalası” günləri baş tutacaq

Baxış sayı: 778 dəfə baxılıb.

Novruz tətilində İçərişəhərdə “Bayram qalası” günləri baş tutacaq

İçərişəhərdə yerli sakinlərin və ziyarətçilərin asudə vaxtının bayram
günlərində maraqlı və səmərəli keçməsi məqsədilə “Bayram qalası” günləri baş
tutacaq.

Bu barədə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi məlumat yayıb.

Qeyd edilib ki, tədbirlərə ilk olaraq 19.03.2023-cü il tarixində saat 13:00-da
Qoşa Qala meydanında quraşdırılacaq səhnədə konsert proqramı ilə start
veriləcək.

“Bayram qalası” günləri 26 mart tarixinə qədər saat 12:00-dan 22:00-dək davam
edəcək.

Həmin günlər ərzində qurama, rəssamlıq, nano-art, keramika kimi sənətkarların
əl işləri nümayiş etdiriləcək, ustad dərsləri keçiriləcək və həmin məhsullardan
ibarət yarmarkalar təşkil olunacaq. Tədbirlərdə həmçinin milli mətbəx
nümunələri hazırlanacaq və milli kinomuzun incilərindən səhnəciklər nümayiş
olunacaq.

Source link