Rusiyadan alınan S-400-lərin ABŞ-dan alınması nəzərdə tutulan F-35-lər məsələsinə heç bir təsiri olmayacaq.
ÇıxışYolu.Com xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Nurəddin Canikli bildirib.
“S-400-lərin alışı ilə bağlı heç bir problem yoxdur. Hətta nəzərdə tutulan vaxtdan öncə də ala bilərik”, – nazir vurğulayıb.
“ABŞ-da bu çox əhəmiyyət verilən bir məsələdir. Xüsusilə Konqresdə bunu F-35 satışı ilə əlaqələndirmək niyyəti hiss edilir. S-400-ləri alsanız, biz də Konqresdə qərar çıxarar, sizə F-35-ləri satmarıq”, – TBMM Xarici Əlaqələr Komissiyasının rəhbəri Volkan Bozkır Vaşinqtonda bu mövzuda danışıqlar aparmış və mətbuata açıqlama vermişdi.