Nurəddin Mehdixanlı: “Azərbaycan xalqı dövlətini dünyada söz sahibi edən
liderini seçdi”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Azərbaycan xalqı dövlətini dünyada söz sahibi edən liderini seçdi”.
“Report” xəbər verir ki, bu sözləri Azərbaycanın Xalq artisti Nurəddin
Mehdixanlı deyib.
“Azərbaycan xalqı öz rəhbərini seçdi. Ölkəmiz hərbi siyasi, iqtisadi cəhətdən
çox inkişaf edib. İşğalda olan torpaqlarİlham Əliyevin rəhbərliyi altında azad
edilib. Bu günə qədər bütün seçkilərdə iştirak etmişəm. Bu gün keçirilən seçki
dünyaya mesajdır. Biz öz iradəmizin sahibiyik və öz rəhbərimizi seçirik. Bu gün
dünyanın hər hansı bir ölkəsində yaşamasına baxmayaraq, hər bir azərbaycanlının
bayramıdır. İlham Əliyev deyirdi ki, hər bir azərbaycanlının Prezidenti olacaq
və oldu”.
Qeyd edək ki, Azərbaycanda bu gün növbədənkənar prezident seçkisi keçirilib.
Seçkidə hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev,
namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc, Milli Cəbhə Partiyasının
prezidentliyə namizədi Razi Nurullayev, Böyük Quruluş Partiyasının
prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının
prezidentliyə namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi
Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev və namizədliyi özü
tərəfindən irəli sürülən Fuad Əliyev mübarizə aparıb.