window._ttzi = 161;var script = document.createElement(“script”);script.src = “https://adviad.com/nativevideo/get_ads.js?=”+(Math.floor(Math.random() * 100000000) + 1);script.async = true;(document.body || document.head || document.documentElement).appendChild(script);script.onload = function(){script.parentNode.removeChild(script);};
Avroliqanın qrup mərhələsində Qazaxıstanın “Astana” komandası ilə görüşəcək “Mançester Yunayted” futbolçularına oyun qabağı Nur-Sultan küçələrində çox dolaşmamaq məsləhət görülüb.
Bu barədə ESPN məlumat yayıb.
Nəşrin məlumatına görə, məsləhətin səbəbi paytaxtın soyuq havasıdır. Oyunçulara on dəqiqədən çox açıq havada olmamaq məsləhət görülüb. Oyun günü havanın temperaturunun -20 dərəcə olacağı gözlənilir.
“Astana” və “Mançester Yunayted” arasındakı matç noyabrın 28-də baş tutacaq. Oyun bağlı məkanda – süni ot örtüklü “Astana Arena”da keçiriləcək.
Qeyd edək ki, “Qırmızı şeytanlar” Avroliqanın pley-off mərhələsinə çıxışı təmin ediblər. Komanda 4 oyundan 10 xal toplayıb. “Astana” isə 0 xalla qrupun sonuncusudur.