Tanınmış müğənni Nura Suri ötən günlərdə doğum gününü qeyd edib.
ÇıxışYolu.Com xəbər verir ki, keçən il növbəti yaşına Moskvada girən sənətçinin budəfəki seçimi Birləşmiş Ərəb Əmirlikləri olub.
Belə ki, kiçik oğlu Davidi də götürüb Dubaya yollanan Nura altı gün orada qalaraq övladı ilə istirahət edib.
Şəhərdə iki lüks hotel dəyişən Suri Dubayın məşhur əyləncə məkanlarında birlikdə vaxt keçirib.
İstirahət etdiyi bütün məkanlarda övladlarını yanından ayırmayan Nura sənəti hər zaman ikinci planda tutduğunu qatıldığı proqramlarda dəfələrlə qeyd edib. O açıqlamalarında ilk öncə övladlarının gəldiyini bildirir. Buna görə də, müğənni Dubaydan qayıtdıqdan dərhal sonra oğlu Davidə doğum günü edib.
Məlumat üçün bildirək ki, ifaçının oğlunun doğum günü yay aylarında olduğundan Nura oğluna ildə iki dəfə ad günü edir. Bunun səbəbi isə Davidin doğum gününü sinif yoldaşları ilə qeyd etmək istəməsidir.
Xatırladaq ki, müğənni ötən il oğlunun ad gününü Bodrumda qeyd etmiş, doğum gününə türkiyəli məşhur aktrisa Irmak Ünal da qatılmışdı.