Nura Suri: Bunu başladan Aygün və Röya oldu – FOTO/VİDEO

Nura Suri: Bunu başladan Aygün və Röya oldu – FOTO/VİDEO

Baxış sayı: 3. 465 dəfə baxılıb.

Müğənni Nura Suri “Sevgi romanı” adlı mahnısına təqdimat mərasimini keçirib.

ÇıxışYolu.Com xəbər verir ki, media nümayəndələrini başına toplayan ifaçı onların suallarını cavablandırıb.

“Klipdə gördüyünüz əllər, məni döyən, başıma oyun açan rejissor Natiq Muxtarovdur”.- deyə Suri bildirib. 

Nura daha sonra klipin ssenarisindən danışıb: 

“Burada münasibətlər arasında aqressiyanı yox, yumoru göstərməyə çalışmışıq. Düşünürəm ki, yumor hissi olmayan münasibətlər alınmır. Zatən iki sevgili mütləq şəkildə bir-biri ilə zarafat edir və bu, təbiidir. Əsas odur ki, sevginin sonu evliliklə bitdi. Klipin sonunda evlənmişəm”.

Nura Suri: Bunu başladan Aygün və Röya oldu – FOTO/VİDEO

Müğənni şou-biznesdə yaranan durğunluqdan da danışıb: 

“İş görürük, qarşıda daha bir neçə layihəmiz var. Bir müddət ad almış, hörmətli və sevilən bir çox müğənnilər efirə çıxmadı. Bu səbəbdən də səhnə boş qaldı və nəticədə bayağı musiqi dəbə düşdü. İkinci məsələ bizdə klip kanallarının olmamasıdır. Hər dəfə demişəm ki, klip kanalı olmadığından pul xərcləyib klip çəkdirmək müğənnilərə sərf etmir. Çünki telekanallarda kliplərə sadəcə 1 saat vaxt ayrılır. Ekran işi gün ərzində ən azı 5-10 dəfə yayımlanmalıdır ki, mahnı tanınsın və sevilsin. Hazırda qadın müğənnilər arasında mübarizə gedir. Hamısı klip çəkdirir. Bunu da başladan Aygün KazımovaRöya oldu. Aygün birini çəkdirdi, Röya digərini. Belə-belə müğənnilər arasında iş görmək həvəsi yarandı”.

Nura Suri: Bunu başladan Aygün və Röya oldu – FOTO/VİDEO

Qeyd edək ki, mahnının sözləri Zülfi Bədəlova, aranjımanı Fərid Ağaya məxsus mahnıya çəkilən ekran işinin müəllifi Natiq Muxtarovdur. Yumoristik janrda çəkilən layihənin baş qəhrəmanı Nura Suridir, onun obrazı üzərində tanınmış stilist Elnur Həsənov çalışıb. Fotoların müəllifi isə Niko Abbasovdur. 

.

FOTO/VİDEO: Etibar Hüseyinli
www.ÇıxışYolu.Com