b6cd9f5d-3bf3-48cd-bf67-fe80754373c3..jpg

Nura Surini təhqir edən şəxs ruhi-əsəb dispanserinə yerləşdirilib

Baxış sayı: 572 dəfə baxılıb.

Nura Surini təhqir edən şəxs ruhi-əsəb dispanserinə yerləşdirilib
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Haqqımda yazılan xəbərlərin altında şərhlərdə təhqir, söyüş, şər və böhtan
yazanların bir neçəsini şikayət etmişdim. Azərbaycan polisi sağ olsun
şikayətimə baxıb, (həmin şəxsləri – red.) tapıblar. Üç gündür menecerimə zəng
edir, ailəsi üzr istəyir, özü üzr istəyir ki, şikayətimi geri götürüm”.

Bu sözləri müğənni Nura Suri sosial şəbəkə hesabında paylaşdığı postda yazıb.

Haqqında təhqir dolu ifadələr yazanları hüquq-mühafizə orqanlarına şikayət
edən sənətçi bildirib ki, onlardan biri ruhi-əsəb xəstəsi olduğu üçün
dispanserə yerləşdirilib:

“Mənim heç kəslə şəxsi qərəzliyim yoxdur, onları da tanımıram. Haqqımda,
övladlarım haqqında şər-böhtan yazanda düşünərdiniz. Polisə gedib ərizə, izahat
yazmışam. Polis cinayətkar axtarmaqdan klaviatura arxasında oturub insanları
söyən, şərləyənləri axtarıb.

Siz də gəlib üzr istəyəcəksiniz, bitəcək? Yox elə bir dünya. Bundan sonra
haqqımda nəsə yazanda 10 dəfə düşünün. Birini də tutublar, dəli çıxıb, hamıya
yazırmış. Çox adam şikayət edib. İndi də dəlixanadadır”.

Source link