Nuri Şahin Almaniyaya qayıdır
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Antalyaspor”un baş məşqçisi Nuri Şahin Almaniyada çalışacaq.
Bu barədə insayder Ertan Süzgün sosial şəbəkə hesabında məlumat verib.
Bildirilir ki, 35 yaşlı mütəxəssis Dortmund “Borussiya”sının məşqçilər
korpusunda yer alacaq. Türkiyəli məşqçi Dortmund təmsilçisinin baş məşqçisi
Edin Terziçin köməkçisi vəzifəsini icra edəcək.
Türkiyə millisinin sabiq üzvü olan Nuri növbəti mövsümdən isə “Borussiya”nın
baş məşqçisi təyin olunacaq.
Qeyd edək ki, Nuri Şahin “Borussiya”nın yetirməsidir. O, futbolçu karyerası
ərzində “Feyenoord”, “Real”, “Liverpul”, “Verder” və “Antalyaspor”da çıxış
edib. Nuri Şahinin baş məşqçilik karyerası isə yalnız “Antalyaspor”la bağlıdır.
Gənc mütəxəssis 2021-ci ilin oktyabr ayından Super Liqa klubunu çalışdırır.