81d26e49-d2f0-4fec-8672-9e8cbef5a2c5..jpg

Nuridə Allahyarova nazirlikdəki vəzifəsindən ayrıldı

Baxış sayı: 837 dəfə baxılıb.

Nuridə Allahyarova nazirlikdəki vəzifəsindən ayrıldı

Mədəniyyət Nazirliyinin mətbuat katibi Nuridə Allahyarova işdən çıxarılıb.

Bakupost.az xəbər verir ki, nazirliyin yeni rəhbərliyi həmin posta yeni kadr
axtarmağa başlayıb.

Məlumata görə, N.Allahyarovanın işdən çıxarılması ilə bağlı hələlik rəsmi əmr
yoxdur. O, nazirliklə yollarının ayrılacağını dəqiqləşdirdikdən sonra öz
hesabına 3 aylıq məzuniyyət götürüb.

Məsələni dəqiqləşdirmək üçün N.Allahyarova ilə danışmaq cəhdləri baş tutmayıb,
o heç bir zəngə cavab verməyib.

Nazirlikdən alınan məlumatda isə bildirilib ki, o, hazırda öz xidməti
otağındadır, lakin sabahdan işdə olmayacaq.

Qeyd edək ki, N.Allahyarova ötən ilin fevralında sabiq mədəniyyət naziri Anar
Kərimovun müvafiq əmri ilə nazirlikdə vəzifəyə təyin olunmuşdu.

Anar Kərimov dekabrın 22-də Prezident İlham Əliyevin Sərəncamı ilə mədəniyyət
naziri vəzifəsindən azad edilib.

Source link