Nurməhəmmədov: Makqreqor döyüşməyimi istəyirsə, mənə pul ödəsin

Baxış sayı: 2. 599 dəfə baxılıb.

Nurməhəmmədov: Makqreqor döyüşməyimi istəyirsə, mənə pul ödəsin

UFC-nin yüngül çəki üzrə hazırkı çempionu olan rusiyalı Həbib Nurməhəmmədovla irlandiyalı Konor Makqreqorun döyüşü düyünə düşüb.

ÇıxışYolu.Com xəbər verir ki, UFC və MMA döyüşlərində məğlubedilməz olan Nurməhəmmədov oktyabrda Las Veqasda planlaşdırılan bu döyüşün baş tutması üçün ona pul ödənilməsini tələb edir:

“Maraqlı situasiya yaranıb. Onlar bu döyüşün alınmasını istəyirsə, mənə də pul ödənilməlidir. Mən adımdan istifadə olunub pul qazanılmasına imkan vermərəm. Konor və UFC pul qazanır və mən də 200 min dollar istəyirəm. Bunun başqa yolu yoxdur”.

O bildirib ki, ümumiyyətlə, Makqreqordan çox, onunla döyüşməyə amerikalı Dastin Puarye layiqdir:

“Əgər onlar UFC ilə hazırkı müqaviləm üzrə döyüşməyimi istəyirlərsə, döyüşə bilərəm. Ancaq Puarye ilə. Mən müqaviləm üzrə hərəkət edirəm. Ancaq mənim adımdan pul qazanmaq məqsədilə istifadə ediləcəksə, bu, heç vaxt olmayacaq.

Mən məğlubedilməzəm, UFC-nin yüngül çəkidə mübahisəsiz çempionuyam. Makqreqor mənə lazım deyil. Mən ona lazımam. O, son dörd görüşün ikisində uduzub. İki ildir ki, MMA-da döyüşmür. O, bu döyüşü haqq etmir. Dastin Puarye isə bu döyüşə layiqdir. Onlar döyüşməyimi istəyirlərsə, buyurub, mənə pul ödəsinlər”.

Səbuhi MUSAYEV
www.ÇıxışYolu.Com