Nurməhəmmədov Porye ilə döyüşə hazırlıqdan danışdı

Baxış sayı: 2. 135 dəfə baxılıb.

Nurməhəmmədov Porye ilə döyüşə hazırlıqdan danışdı

Yüngül çəkidə UFC çempionu Həbib Nurməhəmmədov təşkilatla yeni müqaviləsi və onun xüsusiyyətlərindən danışdı.

ÇıxışYolu.Com “Sport24.ru”-ya istinadla bildirir ki, rusiyalı idmançı danışıqların çətin keçdiyini boynuna aldı.

“Müqavilənin şərtlərini açıqlamaq istəmirəm, amma nəticədə istədiyim kimi oldu. Deyə bilmərəm ki, UFC-nin ən yaxşı müqaviləsidir, lakin ən yaxşı üçlüyə daxil etmək olar”, – Nurməhəmmədov vurğulayıb və əlavə edib ki, liqanın qarşısında beş şərt irəli sürüb: “Mən liqaya şərtlərimin yerinə yetirilməyəcəyi təqdirdə yeni müqavilə imzalamayacağımı bildirdim. Mən və komandam bunu qazanmışıq”.

Nurməhəmmədov sentyabrın 7-də Abu-Dabidə Dastin Porye ilə baş tutacaq döyüşə hazırlıqların necə getdiyindən də danışdı.

“Hazırda bir ay müddətində dağlarda məşqlər keçməliyəm, sonra isə iki ay ərzində AKA-nın zalında hazırlaşacağam. Nəhayət, son 15 gündə isə Abi-Dabidə mühitə uyğunlaşmaq üçün məşqlər keçəcəyəm”, – deyə çempion bildirib.