Nurməhəmmədov UFC ilə danışıqlardan imtina etdi

Baxış sayı: 3. 620 dəfə baxılıb.

Nurməhəmmədov UFC ilə danışıqlardan imtina etdi

Qarışıq döyüş növləri (MMA) üzrə rusiyalı idmançı Həbib Nurməhəmmədov UFC rəhbərliyi ilə növbəti döyüşünə dair danışıqlar aparmayacaq.

ÇıxışYolu.Com xəbər verir ki, bu barədə Həbib özü bildirib.

“UFC mənim növbəti döyüşümə dair danışıqlar aparır. Amma mən onlara deyirəm: “Yox, bir dayanın. Mənim komandamı cəzalandırmısınız, hələ istəyirsiniz sizinlə danışıq aparım?” Belə şey olmayacaq. Komandamın, qardaşlarımın problemlərini həll etməyənə qədər ümumiyyətlə mənə zəng vurmayın”, – Nurməhəmmədov bildirib.

www.ÇıxışYolu.Com