Nurmaqomedovun atası Makqreqorun təhqirlərinə münasibət bildirdi

Baxış sayı: 2. 795 dəfə baxılıb.

Nurmaqomedovun atası Makqreqorun təhqirlərinə münasibət bildirdi

“Eagle MMA” döyüş klubunun baş məşqçisi və Həbib Nurmaqomedovun atası Əbdülmanap Nurmaqomedov irlandiyalı Konor Makqreqorun ona ünvanladığı sözləri şərh edib.

Bu barədə ÇıxışYolu.Com “Sport24”ə istinadla xəbər verir. 

“Bu barədə şərh vermirəm. Bütün bunların hamısına Həbib cavab verəcək”, – məşqçi deyib.

Daha öncə atasının təhqir olunmasına Nurmaqomedov özü cavab verib. O, “Instagram” səhifəsində “müharibə gözlədiyini” yazıb. 

Avqustun 24-də Makqreqor rusiyalının atasına “Instagram” vasitəsi ilə müraciət edib. İrlandiyalı Əbdülmanap Nurmaqomedovu “titrəyən qorxaq” adlandırıb.

UFC çempionatının yüngül çəkidə mütləq qalibi adı uğrunda Makqreqorla Nurmaqomedov arasında döyüş Las-Veqasda oktyabrın 6-da keçiriləcək.

www.ÇıxışYolu.Com