d67b3c5d-47b3-4649-a354-4f17cd6319ed.jpg

“Nürnberq”in yarımmüdafiəçisi: “Mahir Emreli ilə koordinasiyamız getdikcə yaxşılaşır”

Baxış sayı: 25 dəfə baxılıb.

Almaniyanın “Nürnberq” futbol klubunun yarımmüdafiəçisi Julian Yustvan ötən
gecə keçirilən “Regensburq”la matçdan sonra Mahir Emreli və komanda yoldaşları
ilə bağlı danışıb.

Cixisyolu.com klubun rəsmi saytına istinadla xəbər verir ki, Julian Yustvan oyun
sonra müsahibəsində Mahir Emreli ilə koordinasiyasının əvvəlki matçlara
nisbətən daha yaxşı olduğunu bildirib.

“Bu gün hər şey uğurlu oldu. Bu oyunu uzun müddət xatırlayacağam. Mən
yarımmüdafiəçiyəm və hücumçuları qol epizodu yaradacaq ötürmələrlə təmin
etməliyəm. Bu matçda isə öhdəliyimin öhdəsindən gələ bildiyim üçün çox şadam.
Stefanos və Mahirlə koordinasiya da getdikcə yaxşılaşır. Digər oyunlarımızın
daha yaxşı olacağına inanıram”.

Source link