Nüvə enerjisinin qlobal gücü üç dəfə artacaq
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
COP28 beynəlxalq iqlim sammitində 20-dən çox ölkə 2050-ci ilə qədər dünyanın
nüvə enerjisi potensialını üç dəfə artırmağı öhdəsinə götürən bəyannaməni
imzalayıb.
Bildirilir ki, nüvə enerjisi potensialının artırılması atmosferə müxtəlif
karbon birləşmələrinin qlobal emissiyalarını azaltmağa kömək edəcək.
Bəyannaməni dəstəkləyən ölkələr arasında Britaniya, Kanada, Fransa, Cənubi
Koreya, Ukrayna və BƏƏ də var.
Ölkələr birgə bəyannamədə 2050-ci ilə qədər nüvə potensialının 2020-ci ilə
nisbətən üç dəfə artırılması istiqamətində əməkdaşlıq edəcəklərini bildiriblər.
Mənbə: rbc.ua